AZ

Belə tez olacağını düşünmürdük, 10 il ərzində... Deputat

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“2014-cü ildə yazdığım bir məqalədə belə bir fikir irəli sürmüşdüm: “İnsanlıq tarixi “Homo sapiens” mərhələsindən sonra “Homo İnformatikus”, daha sonra isə “Homo Hibridicus” kimi yeni bir mərhələyə keçə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü plenar iclasında deputat Hikmət Babaoğlu deyib.

“O zaman heç fikirləşməmişdim ki, belə tezliklə, sözügedən məsələ reallaşa bilər. Əslində, biz bu keçidin belə qısa müddətdə reallaşacağını düşünmürdük. Amma cəmi 10–12 il ərzində artıq bu transformasiyanın içindəyik”, – deputat bildirib.

H.Babaoğlu deyib ki, bu gün insanla maşının hibridləşdiyi bir reallıq formalaşıb:

“Süni intellekt inkişaf etdikcə ictimai münasibətlər də dəyişəcək. Buna uyğun olaraq hüquqi tənzimləmə daha sistemli və əhatəli şəkildə formalaşmalıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr