AZ

Azərbaycandan qadın paltarında qaçanlar... Deputat

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Təəssüf ki, Süni intellekt texnologiyalarının sürətli inkişafı onun daha çox informasiya texnologiyaları, mədəniyyət və siyasət sahələrinə inteqrasiyasını artırır. Son dövrlərdə bu texnologiyanın müxtəlif məqsədlərlə, o cümlədən saxta məzmun və manipulyativ materialların hazırlanmasında istifadə olunması da müzakirə mövzusuna çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

“Xüsusilə Azərbaycandan qadın paltarında qaçan və ya aşağılayıcı ad altında sığınacaq alan şəxslər bu gün süni intellektdən Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı olmazın yalanlarını sərgiləyirlər, süni intellektlə düzəldilmiş şəkilləri paylaşmaqla bu kimi addımlar atırlar. Eyni zamanda, hazırlanması nəzərdə tutulan qanun layihəsinin qəbul olunacağı təqdirdə, xaricdə yaşayan şəxslərin belə süni intellekt vasitəsilə Azərbaycan vətəndaşlarının hüquqlarını pozması hallarında məsuliyyət mexanizmlərinin tətbiqi gündəmə gələ bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
globalinfo.az

1Mənbələr