AZ

Ziya Öztürklər: Azərbaycanla ali və orta təhsil sahələrində ortaq layihələr icra olunmalıdır

BAKI, 10 aprel. TELEQRAF

“Şimali Kipr Türk Cümhuriyyətinin ən vacib ehtiyaclarından biri beynəlxalq könüllülük və türk dövlətlərinin Şimali Kipri sahiblənməsidir”.

Bu sözləri Teleqraf-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər deyib.

O bildirib ki, dostluq qrupları əsasında başlayan bu siyasi əlaqələr iqtisadi sferaya da yayılmalıdır: “Artıq iqtisadi, ali və orta təhsil sahəsində iki ölkənin nə kimi ortaq layihə icra edə biləcəyinə baxılmasının zamanı çatıb”.

Ziya Öztürklər həmçinin Zəngəzur dəhlizinin region üçün mühüm strateji və iqtisadi layihə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu layihə Türkiyə və onun qonşuları ilə yanaşı dünyanın diqqətini çəkən yoldur: “Zəngəzur dəhlizi region ölkələri arasında nəqliyyat və iqtisadi əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyətə malik strateji bir layihədir. Bu yol təkcə regionu deyil, geniş coğrafiyanı əhatə edən təsirlərə malikdir və iqtisadi baxımdan bütün tərəflərə mühüm töhfələr verə bilər. Biz bu layihənin reallaşmasına müsbət yanaşırıq”.

Seçilən
27
teleqraf.com

1Mənbələr