AZ

Təhsil İnstitutunun direktor müavini: Qiymətləndirmə ölçmə deyil, idarəetmə üçün böyük arqumentdir

Bakı, 10 aprel, AZƏRTAC

Qiymətləndirmə ölçmə meyarı kimi dəyərləndirilməməlidir. Qiymətləndirmənin məqsədi ölçmədən əldə olunan nəticələrə görə idarəetmədə verilən qərarları icra etməklə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində “Müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu və yüksək əhəmiyyətli kütləvi İmtahanlar: hədəflər, çətinliklər və fürsətlər” mövzusunda panel müzakirədə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.

Direktor müavini bildirib ki, burada ən başlıca məsələ etibarlılıq, şəffaflıq, ədalətlilikdir: “Qiymətləndirmənin əsas məqsədi mövcud vəziyyət haqqında şəffaf qərarlar verməkdir. Əvvəlcə sistemdə olan boşluqları müəyyən etmək üçün qiymətləndirmələri həyata keçirib, mövcud vəziyyətə uyğun qərarlar qəbul etməliyik. Qiymətləndirmə ölçmə deyil, idarəetmə üçün böyük arqumentdir. Qiymətləndirmədə seçim onun funksional hissəsidir”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Seçilən
36
1
azertag.az

2Mənbələr