ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Tərəfdaş ölkələrin rəhbərləri Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumları məhdudlaşdırmağı xahiş ediblər.
Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbətində deyib.
Bu xahişlər həm siyasi, həm də hərbi səviyyədə irəli sürülüb, lakin hansı ölkələrin belə təşəbbüslərlə çıxış etdiyi açıqlanmayıb.
Zelenski qeyd edib ki, belə çağırışlar qlobal enerji marşrutları ətrafında gərginliyin artdığı dövrlə üst-üstə düşür, xüsusilə Hörmüz boğazının bloklanma təhlükəsi fonunda. Bu dövrdə bir sıra ölkələr enerji bazarını stabilləşdirmək üçün istehsal və tranzit imkanlarını artırmaq kimi addımlar atıblar.
Ukrayna Prezidenti tərfdaşların mövqeyinə münasibət bildirərək deyib ki, onun fikrincə, Rusiya nefti dünya qiymətlərinə həlledici təsir göstərmir. Eyni zamanda, o vurğulayıb ki, Rusiyanın energetika sektoruna tətbiq olunan sanksiyalar yarım ildən bir ilə qədər davam etsə, ölkənin iqtisadiyyatı çox çətin vəziyyətə düşə bilər.
Zelenski əlavə edib ki, enerji resursları Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirən əsas mənbələrdəndir və zaman keçdikcə Ukraynanın müvafiq infrastruktur obyektlərinə zərbələrinin effektivliyi pilotsuz texnologiyaların inkişafı sayəsində artır.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.