AZ

“Neftçi” üçün – Bunu qardaş qardaşa etməzdi

Premyer Liqada yeni gündəm mövzusu “Neftçi”dir.

Yuri Vernidubun gəlişindən sonra yüksələn xətt üzrə hərəkət edən “ağ-qaralar”ın uğurlu qrafiki davam etməkdədir.

23-cü turda “Turan Tovuz”a məğlub olmaqla 4-cü pillədəki “Zirə”ylə xal fərqinin 8-ə yüksəlməsinə səbəb olan komanda ardıcıl 3 qələbə sayəsində vəziyyəti yaxşılaşdırıb.

Qəbələ və Sumqayıt səfərlərində qazanılan qələbələr, doğma meydanda “İmişli” üzərində əldə olunan darmadağın nəticəsində turnir cədvəlində “Sumqayıt”la “Araz-Naxçıvan”ı qabaqlayan bakılılar 4-cü pillədəki “Zirə”dən cəmi 3 xal, 3-cü yerdəki “Turan Tovuz”dan 9 xal geridə qalır.

Qardaşın qardaşa etmədiyini son həftələrdə “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” və “Sumqayıt” vacib xallar itirməklə “Neftçi”yə edib.

“Neftçi”ni qarşıda mövsümün ən vacib iki oyunu gözləyir.

Aprelin 11-də “Palms Sports Arena”da “Araz-Naxçıvan”, aprelin 17-də Zirədə yerli komanda ilə matçlar “ağ-qaralar”ın avrokubok taleyinə ciddi təsir edəcək.

Əsas rəqiblərlə oyunlarda mümkün qələbələr uğurlu seriyanın davam etməsinə, kollektivdəki əhval-ruhiyyənin bir az da yüksəlməsinə, futbolçularda özünəinamın yaranmasına, turnir cədvəlində irəliləyişə səbəb olacaq.

Bununla yanaşı, rəqiblərin canına qorxu salaca.

Vernidubun komandası yayda Konfrans Liqasında mübarizə aparmaq istəyirsə, bu iki matçda qələbə qazanmalıdır. Növbəti turlarda “Qarabağ”la ardıcıl iki oyun və sona yaxın “Sabah”la prinsipial qarşılaşmalar var.

O vaxta qədər turnir cədvəlindəki mövqeyi yaxşılaşdırmaq mütləqdir.

Sonuncu dəfə dərindən nəfəs alıb çayı keçmək yolunda cəhd etməyin vaxtı yetişib.

Azarkeşlər ardıcıl üçüncü avrokubok mövsümünü “Neftçi”siz təsəvvür etmək istəmir.

HƏBİB

Seçilən
19
sportinfo.az

1Mənbələr