AZ

Xırdalanda piyada özbaşınalığı: Yolu necə gəldi keçənlər təhlükəyə səbəb olur VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını pozan piyadalar kameraya düşüb.

Avtosfer.az-a daxil olan məlumata görə, görüntülər izləyicilərdən biri tərəfindən redaksiyanın “Instagram” səhifəsinə göndərilib. Kadrlarda piyadaların yolu təyin olunmamış hissədən, üstəlik hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan keçdikləri aydın görünür.

Nəticədə piyadalar həm öz həyatlarını, həm də sürücülərin təhlükəsizliyini risk altına atır. Eyni zamanda bu cür davranış yol hərəkətinin ləngiməsinə və əlavə sıxlığa səbəb olur.

Videodan da göründüyü kimi, hadisənin baş verdiyi ərazidə bir qədər irəlidə piyada keçidi mövcuddur. Bildirilir ki, həmin hissədə bir müddət əvvəl işıqfor quraşdırılıb və keçid nizamlanan keçid kimi fəaliyyət göstərir. Buna baxmayaraq, bəzi piyadalar hələ də işıqforun tələblərinə əməl etmədən yolu keçməyə üstünlük verirlər.

Görüntülərdə orta yaşlı bir şəxsin də qeyd olunan qayda pozuntusunu törətdiyi əks olunub.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr