AZ

Terrorizmlə bağlı partlayıcı qurğuları zərərsizləşdirərkən həlak olanların ailələrinə güzəştlər təklif edilir

ain.az, Apa.az saytına istinadən bildirir.

Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan imtiyaz və güzəştlərin müxtəlif qurumlarda fəaliyyət göstərən, partlayıcı qurğuların zərərsizləşdirilməsi zamanı həyatını itirən şəxslərin ailə üzvlərinə də şamil edilməsi təklif olunub.

APA xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edib.

Fazil Mustafa bildirib ki, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin strukturlarında çalışan, terrorçuluqla bağlı baş verə biləcək partlayışların qarşısının alınmasında iştirak edən şəxslər də nəzərə alınmalıdır: “Bunu yalnız minatəmizləmə ilə məhdudlaşdırmayaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
2
apa.az

3Mənbələr