AZ

İran və ABŞ nümayəndələri bir yerdə: Otel tam boşaldıldı

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İslamabadda ABŞ və İran nümayəndə heyətlərinin yerləşəcəyi "Serena" oteli bazar günü axşamına qədər dolu olacaq. 

Hələlik danışıqlar üçün müəyyən bir cədvəl yoxdur. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. "Nümayəndə heyətlərinin gəlişini gözləyərək otaqları boşaldırıq və yoxlayırıq", - deyə otel işçisi bildirib. O əlavə edib ki, otel hələlik "Serena"nın danışıqlar üçün rəsmi məkan kimi xidmət edib-etməyəcəyini bilmir.

7 apreldə ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. O bildirib ki, tərəflər mübahisəli məsələlərin əksəriyyətini həll ediblər və İranın 10 bəndlik təklifləri gələcək danışıqlar üçün "işçi əsas" hesab olunur.

Bunlara təcavüzkarlıq prinsipi, İranın Hörmüz boğazına nəzarəti, İran torpağında uran zənginləşdirilməsi, sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədən çıxarılması daxildir. Pakistanın Baş naziri Şahbaz Şərif tərəflər arasında vasitəçi kimi çıxış edərək nümayəndə heyətlərini İslamabada dəvət edib. 

Xəzər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
4
cebheinfo.az

3Mənbələr