AZ

"Bloomberg": Rusiya bayrağı altında üzən tanker Hörmüz boğazından keçib

Rusiya bayrağı altında üzən "Arximeda" tankeri Hörmüz boğazından keçib.

“İki sahil” xəbər verir ki, "Bloomberg" bu barədə gəmi izləmə məlumatlarına istinadla məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, Yaxın Şərqdəki münaqişə fonunda boğazdan keçən belə böyük bir gəminin nadir hallarından biridir.

"Bloomberg" xəbər verir ki, tanker yüksüz olub. Onun təyinat yeri İran xam neftinin ixracının əsas mərkəzi olan Xarq adası kimi qeyd olunub. Məlumata görə, gəmi bu ilin yanvar ayında Rusiya bayrağı altında hərəkət edib və adını dəyişdirib. Əvvəllər tankerin Venesuela və İran neftini daşıdığı güman edilirdi.

Seçilən
24
ikisahil.az

1Mənbələr