AZ

"Liverpul"un ulduzundan vida açıqlaması: "Kamera qarşısında məni göz yaşları içində görə bilərsiniz"

"Liverpul"un müdafiəçisi Endryu Robertson mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, uzun müddətdir Mersisayd təmsilçisinin formasını geyinən futbolçu klubun mətbuat xidmətinə açıqlamasında hisslərini bölüşüb:

"Bu klubdakı inanılmaz anları həmişə xatırlayacağam. Doqquz il ərzində əlimdən gələni etdim və heç nədən peşman deyiləm. Burada həm kişi, həm də insan kimi böyümüşəm. Bu, inanılmaz bir səyahət oldu.

Hazırda mövsümü mümkün qədər yaxşı başa vurmağa və azarkeşlərə daha bir neçə xoş anlar yaşatmağa diqqət yetirirəm. Ümid edirəm ki, bunu edə bilərik. Mövsümün sonuna yaxın kamera qarşısında məni göz yaşları içində görə bilərsiniz".

Robertson 2017-ci ildə "Hall Siti"dən "Liverpul"a keçib və o vaxtdan bəri iki Premyer Liqa çempionluğu, Çempionlar Liqası, İngiltərə Kuboku, İngiltərə Super Kuboku, 2 dəfə Liqa Kuboku, eləcə də Klublararası Dünya Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Seçilən
6
2
fanat.az

3Mənbələr