AZ

Biləsuvarda əmək yarmarkası təşkil edildi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Biləsuvarda növbəti əmək yarmarkası təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən 12 işəgötürənlə birgə keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Şirvan-Salyan Regional Məşğulluq Filialının rəis əvəzi Xəqani Məmmədov çıxış edərək, ölkədə vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar. 

Bildirilib ki, bu sahədə özəl sektorun rolu böyükdür və Prezident İlham Əliyev sahibkarlığın inkişafını daim prioritet istiqamətlərdən biri kimi müəyyən edib, bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasını aidiyyəti qurumlar qarşısında mühüm vəzifə kimi qoyub.

Tədbirdə Agentliyin nümayəndələri, tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. İşəgötürənlər tərəfindən təqdim olunan vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib, işsiz və işaxtaran şəxslərə 300-dən çox boş iş yeri təqdim olunub.

Filial tərəfindən vakansiyalar üzrə tələblər təhlil edilərək işsiz və işaxtaran kimi qeydiyyatda olan 300-ə yaxın vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb olunub. Cəlb edilənlər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Surxay Şahbazov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr