Böyük Britaniyada ABŞ-a münasibət kəskin şəkildə pisləşib. Son sorğular göstərir ki, britaniyalıların əksəriyyəti artıq Vaşinqtonu dünyada mənfi rol oynayan güc kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Public First” tədqiqat şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, respondentlərin 53 faizi ABŞ-ı qlobal miqyasda mənfi təsirə malik ölkə hesab edir. Cəmi 29 faiz isə Amerikanın dünyada müsbət rol oynadığını düşünür.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin dekabr ayında vəziyyət fərqli idi. Həmin dövrdə britaniyalıların 35 faizi ABŞ-ı mənfi güc sayır, 41 faizi isə onun müsbət rol oynadığını bildirirdi.
Sorğu həmçinin göstərib ki, britaniyalıların 65 faizi ABŞ-ın digər ölkələr üçün daha çox problem yaratdığını düşünür. Bu göstərici dekabrda 46 faiz idi. Eyni zamanda, yalnız 22 faiz respondent Vaşinqtonun problemlərin həllinə töhfə verdiyini bildirib. Əvvəl isə bu, faiz 35 idi.