AZ

Akif Qasımov "Lennauçfilmi" alıb

Bakı. Trend:

Belarusun “Vitebsk Radiodetal Zavodu Monolit” ASC-nindirektorlar şurasının sədri Akif Qasımov Sankt-Peterburqda yerləşənkeçmiş “Lennauçfilm” kinostudiyasının əmlak kompleksini satınalıb.

Trend xəbər verirki, bu barədə “Delovoy Peterburq” (DP) məlumat yayıb.

Məlumata görə, bazar iştirakçılarının qiymətləndirməsinə görə,sahəsi 17,4 min kvadratmetr olan obyekt və 2 hektarlıq torpaqsahəsi üçün Qasımov təxminən 1 milyard rubl (təxminən 13 milyarddollar) ödəyib.

Nəşr xatırladır ki, 2021-ci ildə bu daşınmaz əmlak hərracda475,5 milyon rubla Konstantin Ostrikova məxsus “Slavyanskoye” MMCtərəfindən alınıb. 2023-cü ildən şirkət “Fortis–İnvest”inidarəçiliyində olan qapalı pay investisiya fonduna məxsus olub.2026-cı ilin martında isə onu 2024-cü ildən etibarən Akif Qasımovaməxsus olan “Şimal-Qərb Logistik Terminal” MMC əldə edib.

Akif Qasımovun nümayəndəsi “DP”yə bildirib ki, yeni sahib“Lennauçfilm” ictimai məkanının inkişafını davam etdirəcək. Onunsözlərinə görə, layihəyə əlavə investisiyalar yönəldiləcək; buvəsaitlər binaların təmiri, mühəndis təminatı, məkanın təşviqi vəs. üçün istifadə olunacaq. Hazırda ərazinin yenidən tikilməsi iləbağlı planlar yoxdur.

“DP” Akif Qasımovu sənayeyə fokuslanan uğurlu azərbaycanlıinvestor kimi təqdim edir: 1997-ci ildən ‘Kulon’da(Sankt-Peterburq) paya sahibdir, 2013-cü ildən isə vitebskli‘Monolit’in nəzarət paketinə malikdir. Zavod sıfırdanmodernləşdirilib. Şirkətin portfelində elektronika, daşınmaz əmlakvə idman layihələri var.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr