AZ

Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan nümayəndələri Azərbaycana səfər edib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan mediasının məlumatına görə, Ermənistan nümayəndələri “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycana səfər ediblər.

Bizimyol.info xəbər verir ki, 10–12 aprel tarixlərində Azərbaycanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilir.

Ermənistanın 20 nəfərlik nümayəndə heyəti quru sərhədindən keçərək bütün sərhəd və pasport prosedurlarından keçib. Nümayəndə heyətinə hökumətə yaxın ekspertlər və dövlət media nümayəndələri daxildir. Səfər zamanı onlar Tavuşda delimitasiya olunmuş sərhəd zonası vasitəsilə keçiblər.

Qeyd edək ki, fevral ayında keçirilmiş oxşar görüş üçün Ermənistan tərəfi təxminən 14,5 milyon dram (təxminən 38 min ABŞ dolları) xərcləyib. 13–14 fevral tarixlərində Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa təşkil olunmuşdu.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr