AZ

Oskanyan Ermənistan müxalifətini səfərbərliyə çağırdı

Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana qarşı sərt və düşmən mövqeyi ilə tanınan sabiq xarici işlər naziri müxalif qüvvələrə çağırış edib.

Musavat.com xəbər verir ki, Vardan Oskanyan bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

O, Ermənistanda son illərdə baş verən hadisələr fonunda cəmiyyətdə yorğunluq, məyusluq və narazılıq hissinin artdığını iddia edib. Onun sözlərinə görə, bu vəziyyət son 8 ildə yaşanan itkilər və uğursuzluqlarla bağlıdır.

Oskanyan bildirib ki, artıq bir sıra müxalif bloklar formalaşıb və onların parlamentdə çoxluq əldə etmək potensialı var. O, müxalifətin məqsədinin yalnız hakimiyyətin sadə çoxluq qazanmasının qarşısını almaqla kifayətlənməməli olduğunu vurğulayıb.

Sabiq nazir açıq şəkildə hakim partiyanın parlamentə belə düşməməsi hədəfini irəli sürüb və seçkilərin “mövcud kursun tam dəyişdirilməsi” üçün fürsət yaratdığını qeyd edib.

O əlavə edib ki, müxalifət və seçicilər koordinasiyalı şəkildə hərəkət edərsə, nəticə təkcə hakimiyyət dəyişikliyi deyil, həm də köklü siyasi transformasiya ola bilər.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinin 7 iyunda keçirilməsi planlaşdırılır.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr