AZ

Kollektorun üzərində daha 22 ev var, 8 i sökülməlidir

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xətai rayonu, Rəşid Bağırov küçəsində kollektorun üzərində tikilmiş ümumilikdə daha 22 ev var və bunlardan 8-i hazırda ərazidə aparılan təmir işlərinə maneçilik törədir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ATV kanalında süjet hazırlanıb. 

ADSEA-nın Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirovun sözlərinə görə, həmin tikililər qəza baş verən yerə çox yaxın məsafədədir: “8 ev zədəli zonada -  qəza baş verən yerə 100-200 metr məsafədə yerləşir. Aşağı istiqamətlərdə də kollektor üzərində tikilmiş evlər var. Bu tikintilərin hamısı tam manedədir”. 

Qeyd olunub ki, kollektorun keçdiyi evlər siyahıya alınır. Sakinlər icra hakimiyyətinə çağırılıb. Onlara evlərinin sökülmə ehtimalının olduğu deyilib.

Xatırladaq ki, ötən həftə sözügedən ünvanda üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çökməyə məruz qalmış, nəticədə Səbuhi Məmmədova məxsus ev sökülmüşdü. 

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
7
qafqazinfo.az

8Mənbələr