AZ

Petro və Noboa arasında gərginlik davam edir

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekvador qonşu ölkə Kolumbiyaya tətbiq etdiyi gömrük rüsumunu 1 may tarixindən etibarən 50 faizdən 100 faizə qaldıracağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ekvador bu qərarı Kolumbiyanın sərhəd təhlükəsizliyi sahəsində kifayət qədər tədbir görməməsi ilə əsaslandırıb və bildirib ki, yeni rüsum artımı 1 maydan qüvvəyə minəcək.

Ekvadorun İstehsal, Xarici Ticarət və İnvestisiya Nazirliyi bəyan edib ki, Kolumbiyanın sərhəd təhlükəsizliyi (qanunsuz qruplaşmalarla mübarizə) sahəsində yetərli addımlar atmaması səbəbindən yeni tədbirlər tətbiq olunacaq:

“Bu tədbirin əsası milli təhlükəsizlik meyarlarına dayanır. Məqsədimiz sərhəddə narkotik qaçaqmalçılığı ilə mübarizədə ortaq məsuliyyət prinsipini gücləndirməkdir”.

Xatırladaq ki, Kolumbiya ilə Ekvador arasında ticarət gərginliyi 1 fevral tarixindən etibarən tətbiq edilən 30 faizlik gömrük rüsumu ilə başlamışdı. Ekvador bu rüsumu 1 martdan etibarən 50 faizə yüksəltmişdi.

Kolumbiya hökuməti isə buna cavab olaraq 1 fevral tarixindən etibarən Ekvadora elektrik ixracını dayandırdığını açıqlamışdı.

Ekvador 27 fevralda bu addıma cavab olaraq Kolumbiyanın dövlət neft şirkəti “Ecopetrol”a məxsus neftin Ekvadorun dövlət şirkəti Petroecuador boru xətləri ilə daşınma haqqını hər barel üçün 3 dollardan 30 dollara qaldırmışdı.

Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 2,8 milyard dollar olduğu, Ekvadorun isə bu ticarətdə təxminən 900 milyon dollarlıq kəsir verdiyi bildirilir.

Kolumbiya Prezidenti Qustavo Petro ilə Ekvador Prezidenti Daniel Noboa arasında sərhəd bölgələrində narkotik qruplaşmalarla mübarizə üsulları səbəbindən diplomatik gərginlik yaşanır. İki lider qarşılıqlı olaraq sərt ittihamlar səsləndirir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr