Bakı. Trend:
TRIPP (Sülh və Rifah Naminə Tramp Marşrutu -red) layihəsinintikinti mərhələsində Ermənistana üçüncü ölkələrdən tərəfdaşlarlazım olacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər NaziriArarat Mirzoyan estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuatkonfransında bildirib.
O, bununla ABŞ Dövlət Departamentinin Ermənistanın layihəninrealizəsi üçün Vaşinqton və üçüncü ölkələrlə əməkdaşlıq etməsibarədə bəyanatını şərh edib.
“Ümid edirik ki, yaxın zamanda növbəti mərhələyə - tikintimərhələsinə keçəcəyik. Bu mərhələdə bizə üçüncü ölkələrdəntərəfdaşlar lazım olacaq. Müqavilənin özü ikitərəfli olacaq -Ermənistan və ABŞ arasında olacaq, lakin inşaat prosesində, eləcədə ehtimal ki, sistemlərin idarə olunması mərhələsində daha genişbeynəlxalq iştirak tələb olunacaq”, - deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, TRIPP layihəsi üzrə Ermənistan və ABŞarasında iş intensiv rejimdə davam edir və hazırda dövlətlərarasısazişin razılaşdırılması mərhələsindədir. Nazir əlavə edib ki,layihə Çindən tutmuş Portuqaliyaya qədər bir sıra ölkələrin, ocümlədən Yaxın Şərq dövlətlərin maraq dairəsindədir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddəregional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununlayanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və DövlətlərarasıMünasibətlər haqqında” Sazişi paraflayıblar.