AZ

Trampın qara siyahı sında kimlər var?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-dəki məşhur podkast aparıcıları və siyasi şərhçilər Taker Karlson, Meqin Kelli, Kendas Ouens və Aleks Consu sərt dildə tənqid edərək bu şəxsləri "dəli" kimi xarakterizə edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabından etdiyi paylaşımda Taker Karlson, Meqin Kelli, Kendas Ouens və Aleks Cons üçün "aşağı zəkalı" ifadəsini işlədib.

Bu şəxsləri "axmaq insanlar" kimi təsvir edən Tramp: 

"Hamısı televiziyadan qovulub, proqramlarını itiriblər və artıq televiziyaya dəvət belə edilmirlər, çünki kimsə onlara əhəmiyyət vermir; bu şəxslər dəli, baş bəlası, "pulsuz" və ucuz reklam üçün nə lazımdırsa deyəcək tiplərdir", - deyə şərh verib.

Tramp Taker Karlson və Meqin Kellinin "yaxşı bir psixiatra görünməli olduqlarını" müdafiə edib.

Kendas Ouensi "dəli" adlandıran Tramp Ouens haqqında: "Fransanın çox hörmətli Birinci xanımını, elə olmadığı halda kişi olmaqda ittiham edən şəxs. Əslində mənə görə Fransanın Birinci xanımı Kendasdan çox daha gözəl bir qadındır, hətta aralarında müqayisə belə aparıla bilməz!", - qiymətləndirməsini edib.

Tramp Aleks Consun "mənasız şeylər danışan" biri olduğunu iddia edərək bəhs etdiyi şəxslərin "əzik" olduğunu irəli sürüb.

Bu şəxslərin "Amerikanı Yenidən Böyük Edək" (MAGA) anlayışına sahib olmadığını bildirən Tramp: 

"Prezident olaraq istədiyim vaxt onları öz tərəfimə çəkə bilərəm, amma zəng edəndə geri dönmürəm, çünki dünya və ölkə məsələləri ilə çox məşğulam", - ifadəsini işlədib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr