AZ

Qarabağ Universitetinin kitab fondunun zənginləşdirilməsinə dəstək verilir

UNEC-də start verilən “Elm Günləri” çərçivəsində rektor, professor Ədalət Muradov tərəfindən Qarabağ Universitetinə kitab hədiyyəsi təşəbbüsü cəmiyyətdə geniş rezonans doğurmaqda davam edir. Rektorun şəxsi kitabxanasından Qarabağ Universitetinə 500 kitab bağışlaması və ziyalıları bu aksiyaya qoşulmağa çağırması işğaldan azad edilmiş bölgələrimizdə təhsilin dirçəldilməsi və elmi mühitin formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Məlumata görə, bu təşəbbüsə artıq bir çox elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və deputatlar da qoşulublar. Onlar Qarabağ Universitetinin kitab fondunun zənginləşdirilməsinə dəstək verməklə bölgədə ali təhsilin inkişafına töhfə göstərməyi vacib hesab etdiklərini bildirirlər.

QHT.az xəbər verir ki, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin sədri Məleykə Əlizadə də bu təşəbbüsə qoşulub.

QHT sədri, tarix üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimi Məleykə Əlizadə şəxsi kitabxanasından 300 ədəd elmi və bəddi ədəbiyyatı Qarabağ universitetinə hədiyyə edib.

Seçilən
12
qht.az

1Mənbələr