AZ

Azərbaycanda 32 qol vuran hücumçu pulunu ala bilmədi, şikayət etdi - Nə qərar verildi?

Ötən mövsüm «Şəmkir»in formasını geyinmiş Vidadi Cəfərov AFFA-ya şikayət edib.

Hücumçu felerasiyanın Oyunçuların Statusu və Transferi komitəsinə müraciət ünvanlayaraq, keçmiş klubunun onun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Sənədləri araşdıran komitə onun lehinə qərar çıxarıb. Həmin qərara əsasən, II Liqa təmsilçisi sabiq forvardına 2000 manat ödəniş etməlidir.

Müqavilədə göstərilib ki, o, mövsüm ərzində 29 qol vurarsa, «ağ-qırımızılar» Cəfərova maaşından əlavə, 2000 manat bonus ödəməlidir.

25 yaşlı ön xətt oyunçusu isə bu qol səddini keçib, 32 dəfə fərqlənib və II Liqanın bombardiri olub. Aradan 10 ay ötsə də, «Şəmkir» üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

Vaxtilə gənclər yığmasına cəlb olunmuş mingəçevirli hücumçu cari sezondan etibarən «Quba»nın şərəfini qoruyur. 21 tur ərzində 20 qola imza ataraq, yarışın bombardirlər siyahısında yer alıb.

SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr