AZ

Brüsseldə yerləşən ən böyük Ukrayna mərkəziBAĞLANDI

Maliyyə vəsaitlərinin ixtisarı səbəbindən Brüsseldəki ən iri Ukrayna mərkəzi fəaliyyətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

"Məkanın boşaldılması ilə bağlı bildiriş aldıqdan sonra mərkəz aprelin 1-dən bağlanıb", - deyə mərkəzin rəhbəri Pavel Koşka bildirib.

Portalın məlumatına görə, təşkilatın illik büdcəsi təqribən 800 min avro təşkil edib. Əvvəllər şəhər rəhbərliyi tərəfindən ödənilən məkanın icarə haqqı isə təxminən 30 min avroya bərabər olub. Qeyd olunub ki, qəbul edilən bu qərar Brüssel büdcəsinin maliyyə çətinlikləri və qeyri-məcburi xərclərin azaldılması ilə əlaqədardır.

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Kiyev kreditlərin qaytarılması çərçivəsində Beynəlxalq Valyuta Fonduna külli miqdarda vəsait ödəməlidir.

Seçilən
12
1
redaktor.az

2Mənbələr