AZ

Hansı texnologiya şirkəti daha çox işçi ixtisar edib? – Siyahı


Son illərdə texnologiya sektorunda müşahidə olunan kütləvi işdən çıxarmalar əsasən iri şirkətlərin payına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Layoffs.fyi” platforması  yayıb.
Bildirilir ki, 2025-ci ilin əvvəlindən 16 mart 2026-cı ilə qədər olan dövrdə ən çox işçi ixtisar edən şirkətlərin siyahısına “Amazon” liderlik edib. Şirkət bu müddətdə 30 mindən çox əməkdaşını işdən azad edib. Onu “Intel” və “Microsoft” izləyib.
Məlumatda həmçinin qeyd olunur ki, böyük rəqəmlərə baxmayaraq, ixtisarların ümumi işçi sayına nisbəti o qədər də yüksək deyil. Məsələn, “Amazon” 2020-ci ildən bəri 58 mindən çox işçini ixtisar etsə də, bu, şirkətin 1,56 milyon nəfərlik işçi heyətinin cəmi 4%-ni təşkil edib.
İxtisarların əsas səbəbləri demək olar ki, bütün iri texnologiya şirkətlərində oxşardır: artım tempinin zəifləməsi, xərclərin optimallaşdırılması və süni intellekt layihələrinə daha çox vəsait yönəltmək ehtiyacı.
2025–2026-cı illərdə ən çox işçi ixtisar edən texnologiya şirkətləri bunlar olub:
“Amazon” – 30 184  nəfər
“Intel” – 27 058 nəfər
“Microsoft” – 15 347 nəfər
HP – 8 000 nəfər
“Meta” – 5 800 nəfər
“Salesforce” – 5 385 nəfər
“Block” – 4 931 nəfər
“Northvolt” – 2 800 nəfər
“Hewlett Packard Enterprise” – 2 552 nəfər
“Autodesk” – 2 350 nəfər nəfər
“Workday” – 2 150 nəfər
“Synopsys” – 2 000 nəfər
“WiseTech” – 2 000  nəfər
“Atlassian” – 1 950 nəfər
ASML – 1 700 nəfər


Elnur Əli
Seçilən
14
yeniavaz.com

1Mənbələr