Ajans.az xəbər verir ki, vəziyyəti ölkə prezidenti Li Ce-myunq da nəzarətdə saxlayır. Hadisə 8 aprel səhəri baş verib. Canavar saxlanıldığı ərazidə tunel qazaraq qaçıb və 1,4 milyondan çox əhalisi olan şəhərdə sərbəst qalıb. Bildirilir ki, Nyk-ku 2008-ci ildə Rusiyanın Saratov vilayətindən gətirilmiş canavarların nəslindəndir. Prezident sosial şəbəkədə paylaşım edərək bildirib: “Ümid edirəm ki, heç kim xəsarət almayacaq və Nyk-ku sağ-salamat tapılacaq”. Axtarışlara polis, hərbçilər, təcili yardım xidmətləri cəlb olunub. Əməliyyatda dronlar, termal görüntüləmə kameraları və xüsusi təlim keçmiş itlərdən istifadə edilir. Zoopark ərazisində canavar sürüsünün ulamasını əks etdirən səsyazısı səsləndirilir ki, heyvan instinktiv olaraq geri qayıtsın. Təsdiqlənməmiş məlumatlara görə, şahidlər canavarı parkdan təxminən 23 kilometr məsafədə, Çoncu şəhəri yaxınlığında görüblər. Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub, hətta bununla bağlı xüsusi memekoin də yaradılıb. Qeyd edək ki, bu, ölkədə ilk belə hadisə deyil: 2018-ci ildə eyni zooparkdan puma, 2023-cü ildə isə Seuldakı zooparkdan zebra qaçmışdı.