AZ

Belçikanın ən böyük limanlarından birində neft sızması baş verib

Bakı, 10 aprel, AZƏRTAC

Belçikanın Antverpen limanında baş verən neft sızması liman əməliyyatlarında ciddi pozuntulara səbəb olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hadisə bunker əməliyyatı zamanı qeydə alınıb. Sızmanın mənbəyi dayandırılsa da, yaxınlıqdakı terminallar, gəmilər çirklənmədən təsirlənib və limana giriş müvəqqəti dayandırılıb.

Qeyd olunub ki, aidiyyəti qurumlar təmizləmə işlərinə başlayıb və hadisənin ətraf mühitə təsirinin minimuma endirilməsi üçün tədbirlər görülür.

Seçilən
19
3
azertag.az

4Mənbələr