Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçirilib.
Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində 14 müəssisə tərəfindən işsiz və iş axtaran vətəndaşlara 343 vakant yer üzrə iş təklifləri edilib.
Burada Məşğulluq Agentliyinin Biləsuvar rayon üzrə şöbənin rolunu xususi qeyd etmək lazımdır. Xidmətin Biləsuvar rayon şöbəsi, rəhbər Səbuhi Quliyev və əməkdaşlar rayon sakinlərinin məşğullluq imkanlarının genişləndirilməsi istiqamətində mütəmadi olaraq olduqca müsbət işlərə imza atırlar. Keçirilən növbəti əmək yarmarkası, tədbirin yüksək səviyyədə təşkil olunması bunun bariz nümunəsidir.
Ümumiyyətlə, bu cur tədbirlər birqayda olaraq əmək bazarında mövcud olan boşluqların aradan qaldırılmasına, işsizliyin azaldılmasına və vətəndaşların sosial rifahının yüksəldilməsinə mühüm töhfələr verir. Ən əsası iş axtaran şəxslər bilik və bacarıqlarına uyğun iş şansı qazanır və işə götürən tərəflər tələblər çərçivəsində uyğun kadr seçimini daha operativ şəkildə həyata keçirə bilirlər.
Pərviz Mirizadə