AZ

Yermek Koşarbayev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

8 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər naziri cənab Yermek Koşarbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Fondun prezidenti, professor xanım Aktotı Raimkulova qonağa təşkilatın türk dünyasının mədəni-mənəvi dəyərlərinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Ziyarət çərçivəsində nümayəndə heyəti türk dünyasının zəngin mədəni irsini əks etdirən nadir eksponatların, nəşrlərin və arxiv materiallarının təqdim olunduğu Fondun kitabxanası və muzeyi ilə tanış olub.

Cənab nazir Yermek Koşarbayev öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqları arasında inteqrasiyanın gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Nazir qeyd edib ki, ortaq tarixi köklərə malik olan qardaş ölkələr arasındakı mədəni diplomatiya siyasi və iqtisadi əlaqələrin də sarsılmaz təməlini təşkil edir.

Seçilən
9
2
publika.az

3Mənbələr