AZ

Azərbaycanda orta depozit faiz dərəcəsi açıqlanıb

2025-ci il ərzində Azərbaycanda orta depozit faiz dərəcələri tədricən azalıb, 2024-cü ilin oktyabrında 8.7%-dən 2025-ci ilin dekabrında 6.5%-ə enib.

Day.Az bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Bildirilib ki, bu dinamika pul siyasətinin yumşaldılması fonunda bank sistemində maliyyələşmə xərclərinin azalmasını əks etdirib: "Kredit faizləri isə yüksək səviyyədə qalaraq 2025-ci ilin dekabrında 18.69% təşkil edib ki, bu da maliyyələşmə xərclərindəki azalmanın kredit qiymətlərinə ötürülməsinin məhdud və tədricən baş verdiyini göstərir. Kapital bazarında isə korporativ və DMM üzrə istiqraz yerləşdirmələri üçün orta çəkili borcalma dərəcəsi 2025-ci ildə 12.5% təşkil edib ki, bu da 3 illik dövlət istiqrazlarının orta gəlirliliyi olan 7.6%-dən yüksəkdir.

Daha yüksək borcalma dərəcəsi əsasən emitent strukturunu əks etdirir, çünki il ərzində AZN ilə yerləşdirmələrin böyük hissəsi daha yüksək risk mükafatı ilə xarakterizə olunan bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib. Bununla yanaşı, korporativ istiqrazların korporativ kreditlərə nisbəti 2023-cü ildəki 6.5%-dən 2025-ci ildə 10.1%-ə yüksəlib ki, bu da korporativ maliyyələşmədə kapital bazarlarının rolunun tədricən artdığını göstərir. Bank kreditləri hələ də əsas maliyyələşmə mənbəyi olaraq qalmaqla yanaşı, bu dinamika maliyyələşmə mənbələrinin diverfikasiyasını və bazar əsaslı alətlərə çıxışın genişləndiyini göstərir".

Seçilən
15
2
day.az

4Mənbələr