AZ

Şirvanda restoranda zəhərlənənlər evə buraxıldı

Şirvan şəhərində yerləşən “Pizza Time” restoranında qidadan zəhərlənən 15 nəfər evə buraxılıb.

Bu barədə “Yeni Sabah”a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, aprelin 7-də zəhərlənmə şübhəsi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi Şirvanda yerləşən “Pizza Time” restoranındakı zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Həmin obyektin fəaliyyəti dayandırılıb.


Telegram kanalımız
Seçilən
29
2
yenisabah.az

3Mənbələr