AZ

Sülhün imzası üçün müəyyən addımların atılacağı gözlənilir ANALİTİK

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda referendumdan sonra hər şey dəyişə bilər

Cənubi Qafqazda sülh gündəliyi ətrafında diplomatik təmaslar davam edir. Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu bildirsə də, hələ bütün məsələlərin tam həll olunmadığını vurğulayır.

Regional sabitliyin möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsi, kommunikasiya xətlərinin açılması və beynəlxalq layihələr üzrə əməkdaşlıq əsas müzakirə mövzularından biri olaraq qalır. Bu kontekstdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları diqqət çəkib.

Jurnalistlərə Hüquqi və texniki Yardım İctimai Birlyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev “Sherg.az”a açıqlamasında xeyli müddətdir Ermənistanın tərəfi sülh müqaviləsinin bağlanmasına cəhd etdiyini deyib:

“Hətta ilkin şərt qoymadan müqavilənin imzalanmasını istəyir. Sözsüz ki, Azərbaycan da bunu istəyir. Amma bəzi tələblər var ki, onlar yerinə yetirilməsə sülh mqaviləsinin bağlanması real deyil. Birincisi, Ermənistan ana qanununda istinad edilən Müstəqillik Bəyəmnaməsi. Bu Azərbaycana torpaq iddiasıdır. İndi bunun aradan qaldırılması üçün müəyyən addımların atılacağı gözlənilir. Sözsüz ki, bu Ermənistanda keçiriləcək referendumdan sonra daha aydın olacaq. Bu problem aradan qalxdıqdan sonra Ermənistanla sülh müqaviləsinin bağlanması reallaşa bilər. Məhz bundan sonra kommunikasiyaların tam açılması, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və sair məslələr həllini tapacaq. Ermənistan tərəfinin nəzərdə tutduğu məslələr də məhz bunlardır. Bir daha təkrar edirəm ki, bu ancaq sülh müqaviləsi bağlandıqdan sonra reallaşacaq işlərdir. İndiki halda Azərbaycanın Ermənistan üçün tranzit yolunu açması və neft məhsullarının göndərilməsi isə sadəcə xoş niyyətin göstəricisi olan bir jestdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
sherg.az

1Mənbələr