AZ

ABŞ və İsrail İranın elmi potensialını məhv edə bilib?

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

"ABŞ və İsrailin mümkün hücumları ölkənin elmi potensialını məhv edə bilməyib".

BAKU.WS xəbər verir ki, bunu İranın elm, tədqiqat və texnologiyalar naziri Hüseyn Simae Sarraf bildirib.

Onun sözlərinə görə, universitetlərə edilən zərbələr elmi infrastrukturu sıradan çıxarmağa yetərli deyil. O

İranlı nazir əlavə edib ki, ölkənin gəncləri, professorları və tədqiqatçıları dağıdılmış infrastrukturu yenidən, daha müasir texnologiyalar əsasında bərpa edəcəklər.

"Bir neçə binanı dağıtmaqla elmi potensialı məhv etmək mümkün deyil. Bizim gənclərimiz, alimlərimiz bu infrastrukturu daha böyük əzmlə yenidən quracaq", – deyə nazir vurğulayıb.

Sarraf qeyd edib ki, İranda elmin möhkəm təməli var. Belə ki, ölkədə milyonlarla ali təhsil məzunu yaşayır, hazırda universitetlərdə təxminən bir milyon tələbə təhsil alır. Bundan əlavə, on minlərlə professor və tədqiqatçı fəaliyyət göstərir.

Nazir həmçinin deyib ki, ABŞ və İsrail hərbi qarşıdurmada uğur əldə edə bilmədikdən sonra diqqəti mülki əhaliyə yönəldərək insanları zəiflətməyə çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
baku.ws

2Mənbələr