AZ

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində "İnşaatçılar Günü" qeyd olundu

BAKI, 10 aprel. TELEQRAF

FHN İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində 10 Aprel - İnşaatçılar Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbir Dövlət Himninin sədləndirilməsi ilə başlanıb.

Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında FHN-in sözügedən sahədə çalışan əməkdaşlarının da ölkəmizdə tikinti-quruculuq işlərinə əhəmiyyətli töhfə verdiklərini vurğulayıb, onlara peşə bayramı münasıbətilə ən xoş arzularını çatdırıb. M.İsmayılov ölkəmizin böyük tikinti meydançasına çevrildiyini, aparılan tikinti-quruculuq və bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının əhəmiyyətli dərəcədə gözəlləşdiyini qeyd edib.

Ölkəmizdə tikinti-quruculuq işlərinin yüksək dinamizmlə davam etdiyini konkret faktlarla əsaslandıran Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Bəxtiyar Tağıyev FHN tərəfindən tikintidə təhlükəsizliyin etibarlı şəkildə təmin olunması sahəsində səlahiyyətləri çərçivəsində zəruri addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Toplantıda çıxış edən digər natiqlər bildiriblər ki, Azərbaycanda hər il aprelin 10-nun İnşaatçılar Günü kimi qeyd olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə və işçilərin əməyinə verdiyi yüksək qiymətin bariz ifadəsidir.

Sonra "İnşaatçılar Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının İcraiyyə Komitəsi tərəfindən Nazirliyin aidiyyəti qurumlarında çalışan və xidməti fəaliyyətində fərqlənən inşaatçılar, həmçinin yubiley yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş 40 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Seçilən
17
teleqraf.com

1Mənbələr