AZ

Salyan Şirvan yolunda yarımçıq təmir: Sağ zolaq təhlükəyə çevrilib VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Salyan–Şirvan avtomobil yolunun bir hissəsində təhlükəli hal yaranıb.

Avtosfer.az-a daxil olan məlumata görə, sözügedən yolun sağ zolağı hazırda istifadəyə yararsız vəziyyətdədir. Bu barədə redaksiyaya göndərilən videomaterialda aydın görünür ki, yolun müəyyən hissəsi qazılıb, lakin sürücülərin məlumatlandırılması üçün heç bir xəbərdaredici yol nişanı quraşdırılmayıb.

Kadrlardan məlum olur ki, təhlükəli ərazi yalnız lentlə bağlanmış daş vasitəsilə işarələnib. Nəticədə həmin istiqamətdə hərəkət edən sürücülər məcbur qalaraq əks hərəkət zolağına çıxırlar ki, bu da ciddi qəza riski yaradır.

Şikayətçinin sözlərinə görə, problem xüsusilə gecə saatlarında daha təhlükəli xarakter alır. Belə ki, kifayət qədər işıqlandırma və xəbərdarlıq olmadığından sürücülər maneəni vaxtında görməyərək avtomobillərinə ziyan vurur, bəzi hallarda isə qəza təhlükəsi ilə üz-üzə qalırlar. Hətta son anda maneəni görən sürücülərin qəfil manevr etməsi avtomobilin yoldan çıxaraq dərəyə aşması riskini də artırır.

Bildirilib ki, yolun azı üç müxtəlif hissəsində oxşar vəziyyət müşahidə olunur və hər birində çuxurlar eyni üsulla – daş qoyularaq “işarələnib”.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi zəruri hesab olunur.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr