AZ

Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail üzrə nümayəndəsi təyin olunub

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi təyin olunub.

Qaynarinfo xəbər verir ki, o, Səbail Rayon İcra Hakimiyyətində "Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın memarlıq irsi" mövzusunda keçirilən görüşdə rayon ictimaiyyətinə təqdim edilib.

Əpoş Vəliyev göstərilən etimada görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu vəzifə həm böyük məsuliyyət, həm də mənəvi yük daşıyır. Əpoş Vəliyev 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin "Böyük Qayıdış” ideyasının reallaşması baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş qardaşı, mayor Vüsal Vəliyevin xatirəsini yad edərək bildirib ki, əsas məqsəd şəhidlərin arzularını gerçəkləşdirmək və doğma torpaqlara qayıdışı təmin etməkdir.

Görüş zamanı Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunmasının vacibliyi və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunub. Əpoş Vəliyev qeyd edib ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu sahədə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
3
qaynarinfo.az

5Mənbələr