AZ

Alisson Bekker Yuventus la razılaşdı

ain.az, Qol.az portalına istinadən məlumat verir.

Alisson Bekker "Yuventus"la razılaşdı

"Liverpul"un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin iddiasına görə, 33 yaşlı qolkiper "Yuventus"a keçidə razılıq verib. Turin təmsilçisinin futbolçunun nümayəndələri ilə apardığı danışıqların müsbət nəticələndiyi qeyd olunur. Klub rəhbərliyi hazırkı qapıçı Michele Di Qreqorio ilə yolları ayıraraq, onun yerinə Alissonu gətirmək niyyətindədir.

Həmçinin bildirilir ki, “Yuventus” rəhbərliyi braziliyalı qapıçının komandaya qoşulması ilə növbəti mövsüm çempionluq uğrunda daha iddialı olacağına inanır.

Qeyd edək ki, Alisson bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 36 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 17 milyon avro təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
qol.az

2Mənbələr