AZ

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

“Şahin və Vüqar Qədirovlar Laçın rayonunun Arduşlu kəndindən olan məcburi köçkünlərdir. Hesab edirik ki, onların ittihamları əsassızdır, komitənin fəaliyyətinə və nüfuzuna ciddi xələl gətirir, bu dövlət qurumunun vəzifəli şəxslərini cəmiyyətdə hörmətdən salmaq, onlara inamsızlıq yaratmaq cəhdidir.Təəssüf ki, sosial şəbəkələrdə paylaşılan belə məlumatlar əsassız və qərəzli mövqeyi olan bəzi vətəndaşlar tərəfindən də bəyənilir, digər istifadəçilərdə də yanlış rəy yaradır”.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Son günlər Şahin və Vüqar Qədirov qardaşlarının sosial şəbəkələrdə Dövlət Komitəsi və qurumun vəzifəli şəxsləri haqqında səsləndirdiyi müxtəlif ittihamlara cavab olaraq, qeyd edilib ki, Şahin Qədirovun irəli sürdüyü tələblər mövcud qanunvericiliyə uyğun gəlmədiyi üçün təmin olunmayıb:

“Bu səbəbdən o və qardaşı Vüqar Qədirov sosial şəbəkələrdə qurum və vəzifəli şəxslər barədə qərəzli paylaşımlar ediblər.

Şahin və Vüqar Qədirovların iddiaları və tələbləri ilə bağlı komitədə müvafiq qaydada araşdırma aparılıb və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”.

V.Qədirovun bəhs etdiyi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Dünya Bankı arasında həyata keçirilmiş layihələrə gəlincə, bildirilib ki, sözügedən icma inkişafı layihələri 2017-ci ildə başa çatdırılıb və bu barədə ictimaiyyətdə açıq məlumatlar mövcuddur:

“Vüqar Qədirov da, çox güman ki, bu barədə məlumatlıdır. Yeri gəlmişkən qeyd edim ki, onun təsis etdiyi qeyri-hökumət təşkilatlarından birinin ofisi hazırda Komitənin balansında olan binada fəaliyyət göstərir.

Ümumiyyətlə, Şahin və Vüqar Qədirovların komitənin fəaliyyətinə dair qərəzli paylaşımları ilə əlaqədar zəruri hüquqi tədbirlər görüləcək”.


Telegram kanalımız
Seçilən
11
3
yenisabah.az

4Mənbələr