AZ

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə6 iyun 2026-cı il tarixində Almaniya Federativ RespublikasınınHamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin IIIForumu keçiriləcək.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları vəProsesləri” (“Smart City Technology and Processes”) mövzusundamüzakirələrin aparılması nəzərdə tutulur.

III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlifölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyətgöstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir arayagəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçininölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafıbaxımından xüsusi əhəmiyyət kəsb edir.

Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis vəmütəxəssislərlə yanaşı, Azərbaycan Respublikasının aidiyyəti dövlətqurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, eləcədə Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqatmərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Avropada yaşayan və forumda iştirak etmək istəyən azərbaycanlımühəndislər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçəbilərlər:

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu

Seçilən
4
az.trend.az

1Mənbələr