Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları professor Əli Zalov və dosent Şəfa Məmmədovanın Elmi şuranın qərarı ilə 3 dərs vəsaiti çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a kitabın müəlliflərindən olan ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov bildirib.
Rus dilində “Elektrokimyadan laboratoriya praktikumu” və “Elektrokimyanın əsasları” adlı dərs vəsaitləri elektrokimyanın bir çox nəzəri və təcrübi məsələlərini özündə əks etdirir. Hər iki vəsaitə vəsaitə dosentlər Sabir Əmirov və Hüsü İbrahimov rəy veriblər.
Üçüncü dərs vəsaiti isə “Elektrokimyəvi analiz metodları” adlanır. Vəsaitə professor Hüseyn Qurbanov və dosent Sevil Şirəliyeva rəy veriblər.
ADPU-nun yeni tədris proqramlarına uyğun olaraq hazırlanmış dərs vəsaitləri kimya və biologiya ixtisasları üzrə təhsil alan tələbələr və doktorantlar, müəllimlər, elmi işçilər üçün dəyərli mənbədir.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.