"Şaxtyor Donetsk" klubunun prezidenti Rinat Əhmədov vədini pozub.
Publika.az xəbər verir ki, o, bunu komandasının Konfrans Liqasının 1/4 final mərhələsində "AZ Alkmaar"la oyunu stadiondan izləməklə edib.
Əhmədov12 ildən sonra ilk dəfə "Şaxtyor"un oyununu canlı izləyib. İş adamı Buxarestdə "Şaxtyor"un keçmiş baş məşqçi Mirça Luçesku ilə vida mərasimində iştirak etdikdən sonra Polşaya yollanıb və Niderland klubu ilə görüşü arenadan izləyib.
Rinat Əhmədov komandanın Donetskə qayıdana, "Donbass Arena"da meydana çıxacağına qədər oyunlara gəlməyəcəyini vəd etmişdi. O, 2014-cü il mayın 2-dən, "Şaxtyor"un «Donbass Arena»da "İliçivets"ə qarşı son oyunundan bəri komandanın matçlarına getmirdi.
Daha sonra Əhmədov bu qərardan peşman olduğunu da etiraf etmişdi.