AZ

Evdə heyvan saxlamaq da qanunsuzdur: BU HALDA

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilmiş birgə yoxlama nəticəsində "Poniland" adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.

Azərbaycanda ekzotik heyvan saxlamaq qanunla necə tənzimlənir?

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan qanunvericiliyində vəhşi fauna növləri mülki dövriyyəsi məhdudlaşdırılmış obyektlər hesab olunur. Bu, o deməkdir ki, belə heyvanlar adi kommersiya və ya şəxsi məqsədlərlə sərbəst şəkildə saxlanıla bilməz. 

Onların saxlanılması yalnız xüsusi icazə və səlahiyyətli qurumların razılığı əsasında mümkündür. Bu hüquqi rejim “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur və burada əsas məqsəd həm ekosistemin qorunması, həm də insan təhlükəsizliyinin təmin edilməsidir.

Azərbaycanda evdə heyvan saxlamaq məsələsi qanunvericiliklə tənzimlənir və burada əsas prinsip təhlükəsizlik, ictimai sağlamlıq və heyvanların qorunmasıdır. Ümumilikdə, adi ev heyvanlarının it və pişik kimi növlərin saxlanılmasına icazə verilir. Lakin vəhşi, yarıvəhşi və xüsusi qorunan heyvanların ev şəraitində saxlanılması ciddi qaydalarla məhdudlaşdırılır.

Canavar, çaqqal, ayı, şir, pələng kimi yırtıcı heyvanların, eləcə də yenot, surikat, bəzi meymun növləri və digər ekzotik heyvanların evdə saxlanması icazəsiz olduğu halda qanun pozuntusu sayılır. 

Bu tip heyvanların saxlanılması üçün xüsusi icazə və lisenziya tələb olunur və həmin icazələr əsasən zooparklar, elmi-tədqiqat müəssisələri və xüsusi reabilitasiya mərkəzlərinə verilir. Fiziki şəxslərin şəxsi mənzildə bu heyvanları saxlaması isə ümumilikdə qadağandır.

Qanun pozuntusu aşkar edildikdə, ilk növbədə inzibati məsuliyyət tətbiq edilir. Bu, heyvanların müsadirə olunması, təhlükəsiz mərkəzlərə köçürülməsi və sahibinə qarşı cərimələrin tətbiqi ilə nəticələnə bilər. 

Əgər saxlanılan heyvan qorunan növə aiddirsə, qanunsuz yolla əldə edilibsə və ya insan həyatı üçün real təhlükə yaradıbsa, bu halda məsələ daha ciddi qiymətləndirilir və cinayət məsuliyyəti də yarana bilər.

Bu qaydalar “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. 

Məqsəd həm insanların təhlükəsizliyini təmin etmək, həm də vəhşi heyvanların təbii mühitdən çıxarılmasının qarşısını almaqdır.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr