AZ

Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbayel üzrə nümayəndəsi kimi təqdim edilib

Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbayel üzrə nümayəndəsi kimi təqdim edilib

Səbail Rayon İcra Hakimiyyətində “Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın memarlıq irsi” mövzusunda görüş keçirilib.

AFN.az xəbər verir ki, görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail Rayon Təşkilatının nümayəndəsi Əfəndi İbrahimli və digər rəsmi şəxslər, veteranlar, ağsaqqallar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Ümummilli Liderin xatirəsi hörmət və ehtiramla yad edilib.

Toplantı çərçivəsində ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi kimi rayon ictimaiyyətinə təqdim edilib.

Əpoş Vəliyev göstərilən etimada görə təşəkkürünü bildirərək qeyd edib ki, bu vəzifə həm böyük məsuliyyət, həm də mənəvi yük daşıyır. Ə. Vəliyev 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin “Böyük Qayıdış” ideyasının reallaşması baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Şuşa uğrunda döyüşlərdə şəhid olmuş qardaşı, mayor Vüsal Vəliyevin xatirəsini yad edərək bildirib ki, əsas məqsəd şəhidlərin arzularını gerçəkləşdirmək və doğma torpaqlara qayıdışı təmin etməkdir.

Görüş zamanı Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunmasının vacibliyi və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunub. Əpoş Vəliyev qeyd edib ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu sahədə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcək.

Çıxışlar zamanı bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olub. Bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin milli irsin qorunmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Seçilən
5
3
afn.az

5Mənbələr