AZ

Çağırış üçün son yaş həddi 30-dur, yoxsa 30.5?

Sosial şəbəkələrdə hərbi çağırış yaşı ilə bağlı müzakirələr çaşqınlıq yaradıb. 

Day.Az xəbər verir ki, 2024-cü il dekabr ayında Milli Məclisdə qəbul edilən dəyişikliklərə uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müddətli həqiqi hərbi xidmətə çağırış üçün son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təsdiqlənib. 

Bu dəyişiklik qanunun çağırışla bağlı müddəalarını müəyyən edən maddələrinə edilən düzəlişlər çərçivəsində öz əksini tapıb.

Qanuna əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşı konkret şəkildə 30 yaş olaraq müəyyən olunur. Bu həddin "30,5 yaş" kimi şərh edilməsi hüquqi baxımdan yanlışdır. 

Müvafiq dəyişikliklər çağırış qaydalarını tənzimləyən maddələrdə, xüsusilə yaş həddi ilə bağlı müddəalarda əks olunub. Hər hansı yarım il kimi əlavə interpretasiya nəzərdə tutulmur. 

Bir sözlə, qanunvericiliyə görə vətəndaş yalnız 30 yaşı tamam olanadək çağırışa cəlb edilə bilər.

Nəsimi Ələsgərli

Seçilən
6
day.az

1Mənbələr