AZ

İnnovasiya və Təchizat Mərkəzindən Azfar Med ə 31 milyonluq sifariş

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

İnnovasiya və Təchizat Mərkəzi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, müqavilə tibb vasitələrinin satın alınması ilə bağlıdır. Buna görə şirkətə 31 174 538 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azfar Med” QSC 1 iyul 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 81, mənzil 6-da yerləşir. QSC-nin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur. 

Açıq mənbələrdə "Azfar Med” QSC və Toğrul Tağı-zadə haqqında heç bir məlumat yoxdur.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
qaynarinfo.az

1Mənbələr