AZ

16 gün quyuda qaldı, salamat qurtuldu

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qırğızıstanda 65 yaşlı kişi düşdüyü 18 metr dərinlikdəki quyuda 16 gün qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Batken rayonunda yaşayan şəxs martın 22-də evinə su axınını yoxlamaq üçün bağçasında dərinliyi 18 metr olan quyuya enib.

Həmişə endiyi nərdivan qırıldığından kişi quyudan çıxa bilməyib və günlərlə onun yardım çağırışlarını heç kimə eşitməyib.

16 gün su içərək sağ qalan kişi bağçaya oynamağa gələn uşaqların onu eşitməsi ilə axtarış-xilasetmə qrupları tərəfindən xilas edilib.

Bildirilib ki, qoca uzun müddət yeməksiz qaldığından çox zəifləyib və xəstəxanaya aparılıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
525.az

1Mənbələr