AZ

Xameneyi: İran müharibə istəmir, amma öz hüquqlarını müdafiə edəcək

İran İslam Respublikası ABŞ və İsrail ilə müharibə istəmir, lakin bir millət olaraq öz hüquqlarını müdafiə edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xamenei adından verilən açıqlamada bildirilir. Məlumata görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

“Biz müharibə axtarmamışıq və istəmirik. Lakin heç bir halda qanuni hüquqlarımızdan imtina etməyəcəyik və bu baxımdan bütün müqavimət cəbhəsini vahid bir qurum kimi görürük”, – deyə o, mesajda bildirib və çox güman ki, İsrailin Tehranın müttəfiqi Hizbullaha qarşı hərbi əməliyyatlar apardığı Livanı nəzərdə tutub.

Bəyanatda həmçinin qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının idarə olunmasını yeni səviyyəyə “yüksəldəcək”.

ABŞ və İran 8 apreldə iki həftəlik atəşkəs elan etdilər. Tramp İranı gəmilərin Hörmüz boğazından keçməsinə icazə verən razılaşmaları yerinə yetirməməkdə günahlandırdı.

Seçilən
23
veteninfo.az

1Mənbələr