AZ

İnşaatçılar Günü münasibətilə görüş keçirildi FOTOLAR

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

İnşaatçılar Günü münasibətilə ATİA tərəfindən "Bakı KOB evi”ndə xüsusi tədbir təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə heyətinin sədri Ramiz İsayev,  KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Assosiasiyasının üzvləri və tikinti Şirkətlərinin rəhbərləri 10 Aprel – İnşaatçılar Günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.   

Tədbir çərçivəsində tikinti sektorunda son illər əldə edilən uğurlar və cari ilin əsas statistik göstəriciləri təqdim edilib, mövcud aktual problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda inşaat sahəsində fəallığı ilə seçilən ATİA üzvləri – "Orbita” MTK, "Unimetal” MMC, "Caspian Cable” MMC, "Seyidoğlu İnvest Group” MMC, "Qartal Tikinti Firması”, "Sultan - Y” MTK və "İzo Fasad” MMC-nin rəhbəri xüsusi mükafatlarla təltif olunub. 

Assosiasiyaya yeni qoşulan "Bashak Supply” MMC-nin rəhbərinə isə üzvlük sertifikatı təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
azxeber.com

1Mənbələr