AZ

“Azad olunmuş kəndlər ekologiya, iqtisadi funksional model və mədəni dəyərlər baxımından yeni nümunədir”



İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramı uğurla davam etdirilir. Vaxtilə öz dədə-baba torpaqlarından didərgin düşmüş insanlar bu gün həmin doğma torpaqlara qayıtmağın sevinc və qürurunu yaşayır. Yollar çəkilir, təhsil müəssisələri, xəstəxanalar tikilir. İnfrastruktur vaxtilə mövcud olmuş vəziyyətindən daha da müasir şəkildə yenilənir. Bir sözlə, Qarabağa və Şərqi Zəngəzura həyat yenidən qayıtmaqdadır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov mətbuata açıqlamasında qeyd edib ki, Böyük Qayıdışa dair Dövlət Proqramı Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yaratdığı çox uğurlu tarixi əsərdir.

Onun sözlərinə görə, 30 il erməni işğalı alıtında dağıdılıb viran qoyulan 10 min kvadrat kilometrdən böyük bir ərazi heç bir kənar dəstək olmadan dövlətimizin iqtisadi imkanları çərçivəsində müasir şəkildə yenidən quruluaraq bərpa edilir:
“Xatırladım ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlıda yaşayışın təhlükəsizliyinin təmin olunmasına yol açdı və Böyük Qayıdışın ilk ünvanı da məhz bura oldu. 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti sərhədlərin bütövlüyünü təmin etdi və dərhal kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı. Məhz torpaqlarımız işğaldan azad olunandan bu günə qədər dövlət büdcəsindən ayrılan 25 milyard manatdan çox vəsaitin hesabına 30 il arzuladığımız ərazilərə yaşayışın qayıtmasına yol açıb. 20 sentyabr 2023-cü ildə bütün ərazilərdə konstitusion hüquqlarımızın bərpası uzun illər erməni separatçılığının kök saldığı Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə də bayrağımızın dalğalanmasına və Böyük Qaydışın bütün əraziləri əhatə etməyinə imkan verib”.



Seçilən
39
aia.az

1Mənbələr