Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov rüşvət və fırıldaqçılıq ittihamı ilə 19 il həbs cəzasına məhkum edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, məhkəmə keçmiş nazir müavini 85 milyon rubl cərimə də edib.
O, həmçinin təqaüddə olan ordu generalı rütbəsindən də məhrum edilib.
Məhkəmədə Popovun Müdafiə Nazirliyinin vəsaitlərindən və "Patrior" Parkı üçün ayrılan vəsaitlərdən qanunsuz olaraq varlandığı sübut olunub.