AZ

Pedaqoji ixtisaslar dövlət sifarişi ilə olmalıdır Ekspertdən TƏKLİF

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali təhsil müəssisələrində pedaqoji ixtisasların ödənişli təhsil sistemindən çıxarılması təklifi gündəmə gəlib. Təklifə əsasən, gələcəkdə bütün müəllimlik ixtisaslarının yalnız dövlət sifarişi əsasında təşkili nəzərdə tutula bilər.

Təkliflə bağlı Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, pedaqoji ixtisasları ödənişli təhsil sistemindən çıxarmaq əslində uyğundur:

"Yəni biz pedaqoji ixtisaslarda təhsil alanları dövlət sifarişi üzrə təhsillə təmin edə bilərik. Keçid üçün bir bal müəyyən edilə bilər, limit təyin olunar ki, həmin ixtisasları yalnız 400 bal və üzəri nəticə əldə edənlər qeyd edə bilərlər. Amma bunu da etdikdən sonra, təbii ki, həvəsləndirici qərarlar da qəbul etmək vacibdir. Şəxs pedaqoji istiqamətdə əmək fəaliyyətinə başlayacaqsa, mütləq onları yaxşı əməkhaqqı gözləməlidir. Eyni zamanda həmin ixtisasları seçən tələbələrə yüksək təqaüd təqdim olunmalıdır ki, onlar bu ixtisasları seçməkdə maraqlı olsunlar. Əks halda biz dövlət sifarişinə yer ayırdıq, eyni zamanda limit təyin etdik, yüksək keçid balı təyin etdik və nəticə etibarilə gedən olmadı və həmin yerlər boş qaldı. Bu da, düşünürəm ki, heç kimə lazım deyil. Ona görə də bəzi həvəsləndirici və motivasiyaedici qərarların da qəbulu burada vacibdir ki, həmin şəxslər pedaqoji ixtisaslarda təhsil almaqda maraqlı olsunlar".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
redaktor.az

2Mənbələr